Şagirdlərin tarix muzeyinə ekskursiyası təşkil olundu

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzey 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məkdəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunmuş “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılmışdır.
275 nömrəli məktəbin şagirdləri və tarix müəllimi Könül Əkbərova Tarix Muzeyinə ekskursiya etdilər. Şagirdlər “Milli geyimlər”, “Zərgərlik bəzəkləri”, “Şərq silahları”, “Mis məmulatı”, “Xalçalar və xalça məmulatı”, “Azərbaycan tikmələri”, “Arxeoloji material”, “Sualtı arxeologiya” adlı kitablarlarla və digər eksponotlarla tanış oldular.