YENİ HƏYATA ÇAĞIRIŞ-"SON ZƏNG" ÇALINDI

Ölkəmizin hər guşəsində olduğu kimi 275 nömrəli məktəbdə də son zəng tədbiri keçirildi. Son zəng ərəfəsində duyğulu anlar yaşayan təntənəli mərasimlərin iştirakçıları olan müəllimlər, məzunlar və onların valideynləri bu kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata köklənmişdilər. Məktəbin direktoru və digər qonaqlar çıxış edərək məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda sinif otaqlarına ilk addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol fərəh arzuladılar. Qüdrətli vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirdi, müstəqil həyatda xoşbəxtlik və uğur arzuladılar.