"Yaxşılığa əvəz" mövzusunda debat dərs keçirildi

Məktəbin 4 b sinif müəllimi Seyidli Mətanət "Yaxşılığa əvəz" mövzusunda açıq dərs keçirdi. “Yaxşılığa əvəz” şeiri rollarla səsləndirildi. Dinlədikləri əsərdəki obraz və hadisələr haqqında müxtəlif fikirləri ümumiləşdirərək yekun nəticəyə gəldilər. Çoxmənalı sözləri omonimlərdən fərqləndirib və nitqində istifadə etdilər. Debat zamanı oxuduqlarından və eşidib-gördüklərindən misallar gətirməklə fikirlərini əsaslandırır. Şagirdlər həyatdan misallar gətirməklə atalar sözünü izah etdilər. Plan qurmaqla dinlədiyi mətnin məzmununu yazdılar.