"Hasilat Sənayesində Şəffaflıq" prosesləri və Hesabatlarının ictimai müzakirəsinin keçirilməsi layihəsi

Prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Sənəd hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulayaraq, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi məqsədi daşıyır.
“Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınlar arasında ictimai məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə məktəb kollektivi iştirak edib. Layihə rəhbəri tərəfindən Respublikamızda Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ictimai nəzarətin artırılmasının əhəmiyyəti barədə söhbətlər aparılıb.