1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ 1 E "SAĞLAM TƏHSİL" SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN EKSKURSİYA TƏŞKİL OLUNDU

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq məqsədilə 1 e Sağlam Təhsil sinif şagirdlərinə sinif müəllimi Fizzə Hüseynova tərəfindən ekskursiya təşkil olundu. Mərdəkan dendrarisi -bina Muxtarov tərəfindən memar Ploşkonun layihəsi əsasında inşa etdirilmişdir. Dendrari yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir.
Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma tikinti işləri aparılmış, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xussiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.