1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ MƏKTƏBİN FƏAL ŞAGİRDLƏRİ DİPLOMLA MÜKAFATLANDIRILDILAR

  275 nömrəli məktəbin istedadlı şagirdlərini aşkara çıxarılmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə məktəbdə mühüm tədbirlər həyata keçirilir. Mütamadi olaraq bilik yarışları keçirilir, respublika səviyyəsində olan olimpiadalara şagirdlər yönəldilir. Aydındır ki, qabiliyyətli və istedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində məktəbin, müəllimin üzərinə böyük məsuliyyət düşür.
Bu sahədə gözəl iş təcrübəsi olan məktəbin direktoru Fəridə Şərifovanın əməyi danılmazdır. O daim belə uşaqlarla maraqlanır, diqqətdə saxlayır. O, məktəbin ictimai və digər işlərində fəallıq göstərən şagirdləri diplomla mükafatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi