1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Bir ovuc təbəssüm, bir dünya işıq...” adlı tədbir keçirildi

   1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə 275 nömrəli məktəbdə möhtəşəm tədbir keçirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Fəridə Şərifova şagirdləri bu gün münasibətilə ürəkdən təbrik etdi. Qayğısız, problemsiz, gözəl günlər arzu etdi. O qeyd etdi ki," Uşaq insan ömrünün bəzəyi, ailənin səadəti, xalqın sabahıdır. Uşaqlar bizim gələcəyimizdir. Gəlin gələcəyimizi birgə qoruyaq." 

Ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər görmək.” 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi