1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı rayonu "Atəşgah" məbədgahında tədbir keçirildi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı" nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bugün həmçinin Suraxanı rayon Atəşgah məbədgahında Suraxanı məktəbliləri üçün bayram tədbiri təşkil edildi. 275 nömrəli məktəbin 4 b sinif şagirdləri iştirak etdi.