"Əbədi ezamiyyət” filmi şagirdlərə nümayiş etdirildi

   “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir.

     Ekran əsərindən göründüyü kimi, Azərbaycanı Paris Sülh Konfransında təmsil edənlərin hamısı eyni tale yaşayıblar – yad ölkə, nisgilli ömür, qərib məzar. Ünvan Fransa kimi cəlbedici ölkə, Paris kimi gözəl şəhər olsa belə...

   “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi kəşməkəşli tarixə qürur hissi ilə baxmağa imkan verir.

Bir saatadək davam edən film böyük maraqla izlənilib. Bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır.

Filmdə vurğulanır ki, bundan sonra Azərbaycan Respublikası Fransadakı istiqlal mücahidlərinin qərib məzarlarına sahib çıxıb. Eyni zamanda, illərdən bəri baxımsız qalan bu qəbirlərin itib-batmasının qarşısı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə alınıb.

Film şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi