28 May Respublika günü münasibətilə tədbirlər davam edir

275 nömrəli məktəb 28 May Respublika gününü təntənəli şəkildə qeyd edir. Bu gün münasibətilə tədbirlər davam edir. Respublika Günü Azərbaycanın milli təqvimində ən mühüm dövlət bayramlarından biridir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Bugün 2 c sinfində ibtidai sinif müəllimi Leyla Məmmədovanın təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi. Şagirdlərin valideynlərlə birgə hazırladıqları dövlət atributları maketləri, tarixi abidələr, digər əl işləri qonaqların diqqətini cəlb etdi. Məktəbin direktoru Fəridə Şərifova bütün şagirdlərə, valideynlərə və müəllimə göstərdikləri təşəbbüskarlığa görə təşəkkür etdi. Dövlətimizin milli dəyərlərini qoruyub saxlamağı, vətənpərvərliyi şagirdlərdə yüksək dərəcədə aşıladığı üçün sinif müəllimi Leyla Məmmədovaya qürur hissi ilə minnətdarlıq etdi.