28 May-Respublika Gününə həsr edilmiş tədbir keçirildi

   1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli    Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

275 nömrəli məktəbdə bugün 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi. Tədbir dövlət himni ilə açıq elan olundu. Şagirdlər Azərbaycan haqqında mahnılar, şeirlər , rəqs nümunələri ifa etdilər.

   Sonda tədbirin qonağı Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Barxudar Barxudarov Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik etdi.

   Məktəbin direktoru Fəridə Şərifova qeyd etdi ki, " Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Mən bu gözəl bayram ərəfəsində sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, müstəqil Azərbaycan möhkəmlənsin və daim irəlidə olsun."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi