Sağlam Təhsil sinfinin şagirdləri Azərbaycan bayrağına sədaqət andı içdilər

   Sağlam Təhsil sinfinin şagirdləri Azərbaycan bayrağına sədaqət andı içdilər. Layihənin təşkilatçıları 275 nömrəli məktəbdə oldular. Təşkilatçılar Sağlam Təhsil-Sağlam Millət  layihəsi, blok rəhbəri Nigar Şahhüseynbəyova, İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Sağlam Təhsil-Sağlam Millət  layihəsi, gigiyenik blokun eksperti Zöhrə İsmayılova oldu. Şagirdlərə bayrağımıza həsr edilmiş 3 video çarx nümayiş etdirildi. Sonra şagirdlər baxdıqları video çarxları müzakirə etdilər. Bayrağımız, onun rənglərinin mənası, yaranma tarixinə aid müxtəlif suallar olan viktorina keçirildi. Qaliblər 3 a sinif şagirdləri Abbaslı Eyyub və Əsədzadə Maya oldu. Qalibə üzərində Azərbaycan barağının təsviri olan qalstuk bağışlandı. Sonda Bayrağa sədaqət andı səsləndirildi. Şagirdlər böyük fəxr və qürurla sədaqət andı içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi