YAP Suraxanı rayon təşkilatının inzibati binasının qarşısında kitab sərgisi keçirildi

YAP Suraxanı rayon təşkilatında “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə” mövzusunda keçirilən elmi-praktiki konfransdan əvvəl inzibati binanın qarşısında kitab sərgisi keçirildi. Sərgidə 70 il ərzində satışına qadağa qoyulmuş kitablar və uşaq ədəbiyyatı qonaqlara təqdim olundu. Sərgidə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Musa Qasımlı, Sevinc xanım Fətəliyeva, Ağacan Abıyev, Hikmət Babaoğlu və digər qonaqlar iştirak etdilər.
Şagirdlər böyük həvəslə və maraqla bütün kitablarla yaxından tanış oldular.