Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” pyesi şagirdlərin təqdimatında uğurlu alındı

Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” pyesi şagirdlərin təqdimatında uğurlu alındı. 9 c sinif şagirdləri və ədəbiyyat müəllimi Zeynəb Kərimovanın iştirakı ilə dərs maraqlı keçdi. Əsər haqqında geniş məlumat verildi. Salyeri tanınmış və istedadlı bəstəkardır. Lakin paxıllıq, həsəd, şöhrətpərəstlik, eqoizm kimi sifətlər onun mənəvi kasıblığını ortaya qoyur. O, sənətdə ondan istedadlı olan Motsartdan öyrənmək əvəzinə onu zəhərləyib öldürür. Müəllifin insanlara aşılamaq istədiyi əsas fikir bundan ibarətdir ki, bu mənfi əxlaqi sifətlər cəmiyyət üçün təhlükəlidir.
Əsər dramatizmi ilə seçilir. İtalyan bəstəkarı Antonio Salyeri (1750-1825) və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (1756-1791) haqqında çoxlarına məlum olan rəvayət bu əsərdə də əksini tapıb.

Belə bir məsuliyyətli əsəri təqdim etmək şagirdlərin uğuru idi.