"TƏLƏBƏ-ŞAGİRD ELMİ KONFRANSININ İŞTİRAKÇISI OLAN 9-CU SİNİF ŞAGİRDİNİN TƏQDİMATI

Mayın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.
Konfransda 275 nömrəli məktəbin ingilis dili müəllimi Vüsalə Həsənovanın müəllifi olduğu "HİSTORY AN CULTURE" adlı məqalə 9 b sinif şagirdi Həsənova Səma tərəfindən təqdim olundu. Məqalə həmçinin “Heydər Əliyev və müasir Azərbaycan adlı Respublika tələbə-şagird elmi konfransı" kitabında da çap edildi.
Tədbirdə çıxış edən ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri, akademik Kamal Abdulla universitet tələbələri və orta məktəb şagirdlərinin birlikdə keçirdiyi bu konfransın son dərəcə böyük rəmzi mənası olduğunu bildirib:Hər bir şagird universitet həyatına daxil olur. Burada özünə yeni dostlar tapır. Məqsəd bundan ibarətdir ki, universitetimizin tələbələri bizim qonaqlarımıza həyan olsunlar, onlarla birlikdə bizim universitet barədə təsəvvür yaratsınlar. Bir şagirdin həyatına bir universitet professoru daxil olur, onun elmi yaradıcılığını gələcəkdə də işıqlandırmağa cəhd göstərir. İnanıram ki, bu istiqamətlər həmin şagirdlərin gələcək elmi həyatına da işıq salacaq”.