Sağlam Təhsil sinfi Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya etdilər

   3 a Sağlam Təhsil sinfi Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya etdilər. Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Öz siniflərini sevən, yorulmayan və dərslərinin belə tədrisindən zövq alan Sağlam Təhsil sinfinin şagirdlərinin sağlam mühitdə təhsil alması onların tədrisdə yüksək nailiyyətlər əldə etməsinə müsbət təsir göstərir. Bu şagirdlərin məktəbdənkənar fəaliyyətlərinin də maraqlı keçməsi onlar üçün böyük dəyişiklik oldu. Muzeyin hər bir bölməsi onlar üçün bir ayrı gözəl idi. Bir sözlə keçmiş və müasir dövr bir məkanda cəmlənmişdi. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılmış, döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini eks etdirən işıq şüalarından ibarət təsvirlər salınmışdı. Şagirdlərimiz məlumat monitorlarından istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi