18 may – Beynəlxalq Muzeylər Günüdür

   Məktəbin 5 e sinif şagirdləri üçün ingilis dili müəllimi Günay Camalovanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Xalça Muzeyinə ekskursiya təşkil olundu.
   Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi— Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır. Ekskursiyada iştirak edən şagirdlər ən gözəl rəssam, şair, yazıçı və rejissorlara ölməz sənət əsərləri yaratmaqda ilham verən sevginin möhtəşəm yaradıcı gücünü hiss edə bildilər.
   Şagirdlər XALÇA MUZEYİNDƏ toplanmış xalq tətbiqi sənəti nümunələrilə tanış oldular, qədimi xalçalar haqqında maraqlı məlumatlar aldılar. Azərbaycan tarixinin və mədəniyyətinin zənginliyini özündə əks etdirən xalçalarla tanış olan şagirdlər bu tarixi gəzintidən çox məmnun qaldıqlarını bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi