HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ "GƏNC HEYDƏRÇİLƏRİN" EKSKURSİYASI

Məktəbin 4 ə sinif şagirdləri Suraxanı rayon Heydər Əliyev Mərkəzində olmuşlar. Şagirdlər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi ilə tanış oldular. Sonda onun haqqında bədii filmə baxmışlar. Mərkəzin nümayəndəsi Ulu Öndər haqqında geniş məlumatlar vermişdir.
Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Sonda şagirdlər Heydər Əliyev haqqında sənədli bədii filmə baxdılar.