Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi


   Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı 275 nömrəli məktəbdə tədbir keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və əməkdaşları, Suraxanı rayon məktəblərinin direktorları, həkimlər, uşaq bağçalarının müdirləri iştirak edirdilər.
Tədbiri öz çıxışı ilə açıq elan edən Vüqar Seyidov öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.

   Məktəbin şagirdlərinin ifasında şeirlər, mahnılar, rəqs nümunələri nümayiş etdirildi. Sonda məktəbin direktoru Fəridə Şərifovaya Suraxanı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə YAP təşkilatı tərəfindən Fəxri Fərman təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi