"GƏLİN RİYAZİYYATI SEVƏK ! " adlı tədbir keçirildi

Hər bir fənni, dərsi maraqlı etmək, sevdirmək o qədər də asan olmayan bir işdir. Bu iş müəllimin pedaqoji ustalığından, fənni, uşaqları necə sevməsindən asılıdır. Hər bir fənnin özünəməxsus çətinlikləri olduğu kimi riyaziyyat fənninin də çətinlikləri az deyil. Məktəbin riyaziyyat müəllimi Sevinc Rüstəmovanın təşkilatçılığı ilə 5 b sinfində keçirilən "Gəlin Riyaziyyatı sevək ! " adlı tədbir olduqca maraqlı keçdi. Məqsəd şagirdlərə Riyaziyyatın inkişaf tarixinin yaranmasında Azərbaycan alimlərinin rolunu göstərmək, Riyaziyyatın bütün sahələrdə özünü göstərməsi,məşhurların Riyaziyyat haqqında dedikləri kəlamlarla tanış olmaq, Riyaziyyatın təkcə elm sahəsində yox ,məntiq və maraqlı tapmacalarda da özünü göstərməsini aşılamaq idi. Şagirdlərin ifasında şeirlər, mahnılar, tapmacalar səsləndirildi.