9 May - Qələbə Günü münasibətilə açıq dərslər keçirildi

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur. Bu gün münasibətilə açıq dərslər keçirildi. 9 c sinif şagirdləri bu mövzuda qrup işlərində, slaydlarla təqdimatlarında geniş məlumatlar verdilər. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Şagirdlər həmçinin bu qəhrəmanların timsalında işğal olunmuş torpaqlarımız uğrunda şəhid olan milli qəhrəmanlarımız haqqında da danışdılar.