Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edildi

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür. Hər il xalqımızın xilaskar oğlunun doğum günündə olduğu kimi, bu il də məktəbin ibtidai sinif müəllimi Natella Quliyeva və 3 e sinif şagirdləri Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.