Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi

Bu il Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bu günki müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.
275 nömrəli məktəbin 2 a sinif şagirdləri məktəb kitabxanasında Ulu Öndərin həyatı, siyasi yolu haqqında geniş məlumatlar verdilər, onun haqqında şeirlər söylədilər. Ulu Öndərə olan sevgi, məhəbbət, diqqət şagirdlərin gözlərindən oxunurdu. Onlar öz şeirlərində bütün bunları əks etdirirdilər.