LÜTFİZADƏ ADINA III MƏNTİQ YARIŞMASININ QALİBLƏRİ ELAN OLUNDU

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən son dövrlərdə aparılan islahatlara, Milli Kurikulum proqramının tətbiqi və proqrama uyğun nəşr olunmuş məktəb dərsliklərinə, DİM və xarici ölkələrdə ali təhsil ocaqlarına aparılan qəbul sistemi tərəfindən qoyulmuş tapşırıqların həllinə nəzər salarkən bir başa məntiqi təfəkkür və məntiqi yanaşmanın tələb olunduğu görünür. Əldə edilmiş uğurlu nəticəni əsas götürərək “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası” bu istiqamətdə atılacaq uğurlu addımlardan biridir.
Olimpiadanın vəzifələri
1. Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək;
2. Şagirdlərə beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq;
3. İstedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək;
4. Şagirdlərin həvəsləndirilməsi və elmə olan marağının artırılmasına müsbət təsir etmək;
İstedadlı şagirdlərin bu cür yarışmalarda iştirakına şərait yaradan, onları həvəsləndirmək üçün mütamadi olaraq siniflərdə söhbətlər aparan, ruhlandırmaq üçün fəxri fərmanlarla təltif edən 275 nömrəli məktəbin direktoru Fəridə Şərifovanın bu yarışmada qalib gələn şagirdlərin uğurlarında əməyi danılmazdır.