Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında

Təhsil Nazirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri, 275 nömrəli məktəbin 6 e sinif şagirdi Rəşidə və 8 d sinif şagirdi Fatimə Türkiyə Respublikasında keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyinə qatılıblar. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 40 ölkənin qatıldığı festivalda mərkəz üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Səfər çərçivəsində uşaqlar Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. Görüş zamanı baş nazir uşaqlarla söhbət edib, xatirə şəkili çəkdirib. Aprelin 27-dək davam edən səfər müddətində uşaqlar müxtəlif sərgilərdə iştirak edib, bayram yürüşünə qatılıblar. Eyni zamanda dərnək üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanı tanıdaq” adlı tədbirdə iştirak ediblər.