“Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunan “Oxu Günü”ndə fəal şagirdlərə hədiyyələr verildi

“Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunan “Oxu Günü”ndə həmçinin xarici və yerli ədəbiyyata aid əsərlər və yazıçı, şairlər haqqında suallar verildi. Fəal iştirak edən, suallara ətraflı cavab verən şagirdlərdən biri də məktəbin 9 b sinif şagirdi Həsənova Səma oldu. Həmçinin yazıçı Reyhan Yusifqızı ilə görüş oldu. Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biri idi.