Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

   Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq “Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olundu. “Oxu Günü”ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış etdilər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparıldı, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “flaşmob” və digər təqdimatlar oldu. Məktəbin 5 b və 7 d sinif şagirdləri tədbirdə böyük həvəslə iştirak etdilər. Kitab bir nəslin digər nəslə mənəvi sərvətidir. Bu gün ölkəmizin ən gözəl məkanlarının birində - Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir araya gəlməsi mütaliəyə olan hörmətimiz, marağımız və həvəsimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi