"Yeniyetmələrin şəxsi gigiyena qaydaları üzrə göstərişlər" mövzusunda mühazirələr keçirildi

   Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzi yeniyetmələr arasında şəxsi gigiyenaya dair bacarıqların artırılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış "Yeniyetmələrin şəxsi gigiyena qaydaları üzrə göstərişlər" mövzusunda mühazirələrin məktəbli şagirdlər arasında təbliğ edilməsi üçün məktəbin həkimi 9-10-11-ci siiflərlə görüşlər təşkil olundu. Aparılmış təbliğat işləri 331 yeniyetmə arsında keçirildi. Su və sağlamlıq mövzusunda ətraflı məlumatlar verildi. Sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydalarına əməl edilməsində suyun vacib olduğunu, gigiyena vərdişlərinin oğlanlarda və qızlarda uşaq yaşlarından aparılmalısının vacibliyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi