SOCAR şirkətinin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi təlimlər ümumtəhsil məktəblərində uğurla davam edir

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, ölkəmizdə ətraf mühit məsələlərinə diqqət daha da artmış və ətraf mühitin qorunması sahəsində yeni layihələr icra olunmağa başlanmışdır. Ekoloji problemlərin qarşısının alınması və baş vermiş çirklənmələrin aradan qaldırılması SOCAR-ın qarşısında duran ən mühüm məsələlərdəndir. Bu məqsədlə əməkdaşlar ümumtəhsil məktəblərində şagirdlərlə maarifləndirmə təlimlərini davam etdirir, şagirdlərlə müzakirəli söhbətlər aparırlar.