GƏLİN ƏTRAF MÜHİTİ QORUYAQ VƏ TƏBİƏTİ SEVƏK !

   Ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə mütamadi olaraq şagirdlərlə işlər görülür. Məktəbin 7 b sinif şagirdləri və ingilis dili müəllimləri Gülsəhər və Ruqiyyə müəllimə "ENVİRONMENT-ƏTRAF MÜHİT" mövzusunda məktəb ətrafında gəzintilər etdilər, uşaqlar öz əlləri ilə quş yuvaları düzəldib ağacdan asdılar, ingilis və azərbaycan dilində müzakirələr etdilər, təbiətə olan sevgilərini müəllimlərlə bölüşdülər. Bütün bunlar gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyini diqqətə çatdırmaq və onların təbiətə olan diqqətinin nümunəsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi