"BEYNƏLXALQ OXU GÜNÜ" MÜNASİBƏTİLƏ AÇIQ HAVADA MÜTALİƏ

Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəsdə kitaba həvəs yaradır. Məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Açıq havada bugün 7 d sinif şagirdləri gözəl gün keçirdilər. Açıq havada mütaliə həm onların məktəbdənkənar asudə vaxtlarının səmərəli keçirmələrinə ,həm də kitab oxumağın açıq havada zehni inkişafa xeyirli olmasına səbəb olur.