ŞAGİRDLƏRİN XALÇA MUZEYİNƏ EKSKURSİYASI TƏŞKİL OLUNDU

   Azərbaycan Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 130 №-li 13 mart 1967-ci il tarixli sərəncamı ilə yaradılmışdır. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.

Məktəbin 7c və 8c sinif şagirdləri bugün muzeydə oldular. Şagirdlərə muzey bələdçisi tərəfindən geniş məlumatlar verildi. Şagirdlər olduqca maraqlı gün keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi