VII sinif şagirdləri arasında riyaziyyat fənnindən breyn-rinq bilik yarışı keçirildi

2018/2019-cu ilin Fəaliyyət Planına uyğun olaraq aprel ayının riyaziyyat fənn aylığı olması ilə əlaqədar açıq dərslər, tədbirlər, bilik yarışları keçirilməkdədir. Məktəbin riyaziyyat müəllimi Şölə Əbilovanın rəhbərliyi ilə VII sinif şagirdləri arasında riyaziyyat fənnindən breyn-rinq bilik yarışı keçirildi. Breyn-rinq bilik yarışı şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilir. Yarışda VII siniflər arasında 7 d sinfi 1-ci yerə layiq görüldü. Digər siniflərdən isə Səbzəliyev Yusif, Quliyeva Əzəmət, Hacıyev Riyad, Əlizadə Ezangül ən fəal şagirdlərdən idilər. Şagirdlərin bu uğuruna görə fənn müəllimləri Şölə Əbilova, Qənirə Ömərova, Şahab İsayev və Nəsibə Məmmədovanın əməyi danılmazdır. Yarış bir neçə unudulmaz tarixi günlərə həsr olunmuşdu. Yarışın əvvəlində Şölə müəllimə slaydlarla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Ümummilli lider Heydər Əliyevin 95 illiyi və Aprel döyüşləri haqqında məlumatlar və video çarxlar təqdim etdi. Təqdimatlar yarışa daha da maraq verdi. Şagirdlərin uğurlarının davamlı olmasını arzu edirik.