"İKİRƏQƏMLİ ƏDƏDİ BİRRƏQƏMLİ ƏDƏDƏ BÖLMƏ" mövzusunda maraqlı dərs təqdim edildi

Məktəbin ibtidai sinif müəllimi Tahirə Gülməmmədova 3 f sinfində "İKİRƏQƏMLİ ƏDƏDİ BİRRƏQƏMLİ ƏDƏDƏ BÖLMƏ" mövzusunda maraqlı dərs təqdim etdi. Dərs ədədin yarısının tapılmasına aid məşğələlərə motivasiya ilə başladı. Vurma cədvəlindən hesablamalarda istifadə edərək tez vurma və tez bölmə əməlindən istifadə edərək hesablamalar apardılar. İkirəqəmli ədədlər üzərində vurma və bölmə əməllərinin onluq bloklar üzərində yerinə yetirilməsi bu əməllərin mahiyyətinin dərk etməyə və əməlləri asan yerinə yetirməyə kömək edir.
Sonda şagirdlərin ikirəqəmli ədədin birrəqəmli ədədə qalıqlı və qalıqsız bölünməsini yerinə yetirmək bacarıqları qiymətləndirildi. Şagirdlər misalları həll edərkən onlarda olan cəsarət ,əməkdaşlıq qabiliyyəti,fikirlərini aydın izah etmə bacarığı həqiqətən də müəllimlərinin peşəkarlığının və onların üzərində olan əziyyətinin bəhrəsi idi.