"APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR"

171 nömrəli məktəbdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə və Qarabağ əlillərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə aprel döyüşlərində iştirak etmiş milli qəhrəman Kamil Musayev ilə məktəbin 3 b sinif şagirdi, məktəbin fəxri balaca idmançımız Sadiq Əliyevin görüşü oldu. Sadiq kimi balaca igidlərimizin bu cür milli qəhrəmanlarla görüşü, onlarla fəxr etməsi qürurvericidir. Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məhz orta məktəbdən başlayır.