Lütfi Zadə adina məktəblilər arası 3-cü məntiq olimpiadası keçirildi

   Lütfi Zadə adina məktəblilər arası 3-cü məntiq olimpiadası keçirildi. Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur. İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 14-də keçirildi. İmtahan bütün məktəblərdə 1,5 saat (10:00-11:30) davam etdi. Mayın 26-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) ayrılacaqdır. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi