Tarix fənnindən bilik yarışması keçirildi

Şagirdlərin tarix fənninə həvəs və maraqlarını artırmaq məqsədilə mütamadi olaraq bilik yarışmaları keçirilir. BU dəfə IX sinif şagirdləri arasında keçirilən yarışda bütün sinif şagirdləri fəal idilər. IX sinif şagirdləri artıq müxtəlif ölkələrdə oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin səbəb və nəticələrini izah edir və oxşar tarixi faktların baş verdiyi tarixi şərait arasındakı fərqi müəyyən edir. Müxtəlif ölkələrdə baş verən oxşar tarixi hadisə və faktları dövr baxımından qiymətləndirir. Bilik yarışında nəticədə IX a sinfi qalib gəldi. Şagirdlərə növbəti yarışlarda uğurlar!!!