Görkəmli dramaturq "CƏFƏR CABBARLI " haqqında açıq dərs keçirildi

Məktəbin ibtidai sinif müəllimi İradə Məmmədova 3-cü sinifdə azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi "CƏFƏR CABBARLI " haqqında açıq dərs təqdim etdi. Dərs zamanı şagirdlər şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlar verdilər. Həmçinin digər yazıçı və şairlər haqqında danışdılar, əsərləri haqqında səhnəcik nümayiş etdilər. Slaydlarla dərs şagirdlər üçün olduqca maraqlı oldu.