COĞRAFİYA FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLDİ

Məktəbin coğrafiya müəllimi Rasimə Mustafayeva 9 ə sinfində " Dünya əhalisinin yaş cins tərkibi, əmək ehtiyatları " mövzusundan açıq dərs təqdim etdi. Şagirdlər " 1. Əhalinin yaş tərkibinə görə hansı qrupları vardır? 2. Hansı regionlarda uşaqlar üstünlük təşkil edir? 3. Hansı regionlarda yaşlılar üstünlük təşkil edir? " kimi sualları müzakirə etdilər. Əhalinin ən aşağı və ən yuxarı orta ömür müddətinə malik olan ölkələri siyasi xəritəyə əsasən müəyyən etdilər və adlarını qeyd etdilər. Dərs olduqca maraqlı oldu. Şagirdlərin bir-birilə əməkdaşlığı uğurlu keçdi.