QƏRB UNİVERSİTETİ İLƏ 275 NÖMRƏLİ MƏKTƏBİN GÖRÜŞÜ

Qərb Universitetinin rabitə-texnologiya fakültəsinin tələbələrinin legolardan hazırladığı maraqlı əl işləri olan robot məktəbin 9-10-11-ci sinif şagirdlərinə nümayiş olundu. Şagirdlər üçün bu əl işi olduqca maraqlı oldu. Qərb Universitetinin vəzifəsi daim tələbələrin yüksək texnologiyalar və innovativ mühəndislik sahələrində fəaliyyət göstərmələri üçün zəruri olan bilik və bacarıqların qazanılmasına imkan yaratmaqdır. Burada bütün ixtisaslar üzrə tələbələri yüksək keyfiyyətli tədris gözləyir.