Şagirdlərin Memorial Soyqırım Muzeyində iştirakı

"1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planında qeyd edildiyi kimi məktəbdənkənar fəaliyyətin təşkili həyata keçirilir. Bugün məktəbin 7 d sinif şagirdləri və müəllimi Günay Camalova Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyində iştirak etdilər. XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı törətdiyi soyqırımı heç kim unutmur. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə yaradılmış muzeylə tanış olmaq üçün hər il şagirdlər gəlirlər. Həmçinin şagirdlər həmin faktları özündə əks etdirən sənədli filmlərdən ibarət videoçarxa baxırlar. Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə ötürməkdir.