Növbəti Novruz tədbiri keçirildi
Bahar bayramının ruh yüksəkliyi ilə qeyd olunduğu daha bir tədbir keçirildi. İbtidai sinif müəllimi Leyla Məmmədovanın rəhbərliyi ilə təşkil olunan bayram şənliyində ibtidailər bahara aid şeirlər, rəqslər ifa etdilər, əyləncəli oyunlar göstərdilər. Kosayla Keçəlin çıxışı da tədbirdə xüsusi ovqat yaradıb. Tədbirdə məktəbin direktoru Fəridə Şərifova tədbirin hazırlanmasında əməyi keçən hər kəsə, o cümlədən iştirakçılara dərin təşəkkürünü bildirdi, onlara bayram təbriklərini çatdırdı.