"QOCALAR EVİ"-NƏ BAYRAM ZİYARƏTİ OLDU

Məktəb kollektivi və direktor Fəridə Şərifova Novruz bayramında ən çox diqqətə ,qayğıya ehtiyacı olan ahıllara baş çəkdilər və bayram sovqatları təqdim etdilər. Onların üzündə o xoş sevinc hissini duymaq böyük bir fərəh oldu. İbtidai sinif müəllimi Xatirə Tağıyeva 3 b sinif şagirdləri və valideynləri ilə fəal iştirak etdilər. Şagirdlər rəqs nümunələri, şeir parçaları, idmançı şagirdlər isə öz bacarıqlarını onlara nümayiş etdirdilər. Orada məskunlaşan yaşlı insanlarla həmsöhbət oldular, onların ürək ağrıdan həyat hekayələrini dinlədilər. Bu xeyriyyə tədbirinin əsas məqsədi, gənclərimizi orada yaşayan insanların düşdüyü vəziyyətlə tanış etmək, həmçinin ictimaiyyətin diqqətini onların üzərinə çəkməkdən ibarət olub ki,bəzən imkansızlıqdan, bəzən isə bütün imkanları ola-ola övladlar öz valideynlərini dövlətin himayəsinə veriblər.