"SƏMƏNİ" MÜSABİQƏSİ KEÇİRİLDİ

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə-qışın bitməsi və yazın başlamasına həsr olunur. 275 nömrəli məktəbdə Novruzun rəmzi olan "SƏMƏNİ" müsabiqəsi keçirildi. Siniflər gözəl bəzədilmiş səmənilərin sərgisini təşkil etməklə məktəbə əsl bahar əhval ruhiyyəsi gətirdilər.
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik elementdir. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur.