"BAYRAM PAYI" ADLI AÇIQ DƏRS OLDUQCA MARAQLI KEÇDİ

İbtidai sinif müəllimi Natella Quliyeva 3 cü sinifdə "BAYRAM PAYI" adlı açıq dərs təqdim etdi. Bütün dərs boyu şagirdlər iştirak edən müəllimlərə əsl bayram abu-havası yaşatdılar. Azərbaycan xalqına məxsus adət-ənənələri səhnəciklərdə nümayiş etdirdilər. Qrup işləri zamanı əməkdaşlıq və fəallıq göstərməklə şagirdlər mövzunu tam mənimsədilər. Bayram adət-ənənələrinə mükəmməl bələd olduqları müəllimin əsl vətənpərvər kimi xalqının adət ənənələrinin şagirdlərdə aşılamasına sübut idi. Bayramla bağlı təqdim edilən tədqiqat sualı ətrafında müzakirə aparan qrup üzvlərinin yekun cavabı qrup rəhbəri tərəfindən səsləndirildi.