"İbtidai sinif şagirdlərinə riyaziyyat fənnini sevdirmək müəllimin peşəkarlığının nəticəsidir"

   Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə təhsil proqramında (kurikulumu) 2 ci sinif şagirdi aşağıdakı bir neçə ümumi təlim nəticələrinə nail olmalıdır:

   Vurma və bölməni müxtəlif yollarla modelləşdirir. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir. Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir. Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir. və s

   İbtidai sinif şagirdlərinin həvəsini artırmaq məqsədilə, İKT-dən istifadə edilməklə keçirilən dərslər müasir dövrün tələbi olmaqla bərabər,həm də şagirdlərin dərsə marağını daha da artırır.

   Məktəbin ibtidai sinif müəllimi Natela Əliyevanın 2 ə sinfində "Vurma əməlinin vərdişləri " mövzusunda açıq dərs təəqdim etdi. Dərs müasir təlim metodları ilə təqdim olundu. Fəal dinləmə,tapşırıqların yerinə yetirilməsi,əməkdaşlıq müəllimin peşəkarlığı nəticəsində uğurlu alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi