"GƏLİN TƏBİƏTİ QORUYAQ" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Məktəbin biologiya müəllimi Könül Səfərəliyevanın "Gəlin təbiəti qoruyaq" mövzusunda tədbiri olduqca maraqlı keçdi. Şagirdlər bitkilər, tərəvəzlər, meyvələr haqqında məlumatlar verdilər. Tədbir təbiətin sirlərinə daha dərindən bələd olmaq və hər bir zaman təbiəti qorumaq ideyasını şagirdlərə obrazlı şəkildə mənimsətmək məqsədilə təşkil olunmuşdur. Tədbir təbiəti əks etdirən videoçarxın nümayişi və şagirdlərin təbiət haqqında əldə etdikləri maraqlı və qeyri – adi məlumatları ilə başladı. Şagirdlərin ifa etdikləri təbiət mövzusunda şeirlər, rəqslər, mahnıları “Azərbaycan təbiəti” mövzusunda çıxışları tədbir iştirakçılarının böyük marağına səbəb oldu.