BİOLOGİYA FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLDİ

Məktəbin biologiya müəllimi Gülsənəm Ağayevanın VII sinifdə "Buğumayaqlılar tipi, Xərçəngkimilər sinfi" mövzusunda açıq dərsi oldu. İşin məqsədi çay xərçənginin quruluş xüsusiyyətlərini və su mühitində yaşamağa uyğunlaşmalarını öyrənmək idi. Təchizat isə çay xərçəngi oldu. Şagirdlər canlı formada çay xərcəngi üzərində müşahidə apardılar. Bədənin baş-döş və qarıncıq hissələrini müəyyən etdilər. Bədənin xitin örtüyünü nəzərdən keçirdilər. Ətrafların quruluşuna, yerləşməsinə, quyruq üzgəcinə diqqət yetirdilər. Çay xərçənginin quruluş xüsusiyyətləri və onun su mühitində yaşamağa uyğunlaşması barədə nəticə çıxardılar. Dərs praktik formada olduqca maraqlı keçdi.