"XOCALI UŞAQLARIN GÖZÜ İLƏ" adlı tədbir keçirildi

    275 nömrəli məktəbin 7, 8, 9-cu sinif şagirdlərinin iştirakı ilə "Xocalı uşaqların gözü ilə" adlı tədbir keçirildi. Anım tədbirində ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən şagirdlər soyqırımın insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu qeyd edərək, bu faciənin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildiriblər. Faciənin yaddaşlara həkk olunan səhnələrini şagirdlər canlandırdılar. Bir-birindən təsirli səhnəciklərlə şagirdlər o faciəni sanki bir daha yaşatdılar. Şeirlər söylədilər, faciə haqqında faktlar danışdılar, musiqi alətində ifa etdilər. Sonda "And içirik" mahnısı ilə Xocalı sakinlərinin qanı yerdə qalmayacağına and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi