XOCALI FACİƏSİ UNUDULMUR!

Azərbaycanın ən qədim tarix və mədəniyyət yerlərindən sayılan Xocalı şəhərində baş verən genosid aktı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Hər il olduğu kimi bu il də 275 nömrəli məktəbin şagirdləri və müəllimləri bu soyqrımı yad etdi. Rus bölməsinin VIII, IX, X sinif şagirdləri məktəbin foyesində slaydlarla faciənin təfərrüatlarından danışdılar, şeirlər söylədilər.